Bizi qələbədən-qələbəyə daşıyan, uğurlarımızı bərqərar edən həmrəyliyimizdir
6-11-2024, 18:28. Разместил: heqiqet
Zəfər bayramı hər səhifəsi qürur mənbəyimiz olan şanlı tariximizin ən şərəfli günlərindən biridir. Heç vaxt məğlubiyyətlə barışmayan müdrik xalqımız Şərqi Zəngəzuru və Qarabağı təcavüzkar Ermənistandan azad etməklə böyük bir dastan yazdı. Bu qələbə Azərbaycan xalqının qəbul etdiyi müdrik qərarlar sayəsində mümkün olub. Belə ki, cənab İlham Əliyevi Prezident seçən xalqımız birmənalı şəkildə əmin idi ki, Ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri o, layqincə yerinə yetirəcək. Tarix Azərbaycan xalqının müdrikliyini bir daha sübut etdi. Cənab İlham Əliyevin ötən illər ərzində dövlət başçısı olaraq atdığı bütün addımlar, qəbul etdiyi qərarlar doğma torpaqlarımızın işğaldan azad olunmasına xidmət edib. Bu qələbə onun gecəli-gündüzlü əməyinin, gərgin zəhmətinin bəhrəsidir. Tariximizin bu dahi şəsiyyətinin gördüyü işlərin bir hədəfi var idi: qüdrətli Azərbaycan. Vaxtı ilə bu, kimlərəsə utopik görünə bilərdi, amma bu gün bütün həqiqətlər ortadadır, Azərbaycan yerləşdiyi coğrafi regionun lider dövlətidir.
Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi zəfərin nailiyyətləri, nəticələri hər kəs qəbul etməlidir. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir dövlətin torpağını işğal etməyib, öz torpağında vuruşaraq, şəhid verərərk, qan tökərək, ədaləti bərpa edərək işğala son qoyumuşdur. Azərbaycan bütün dünyaya sübut edir ki, o sülhsevər dövlətdir, ləyaqətlə mübarizə aparır, qalib gəlməsinə baxmayaraq, yenə də Cənubi Qafqazda, regionda təhlükəsizlik və inkişaf naminə slüh danışılarına, sülh sazişinin imzalanmasına hazırdır.
Qələbəmizin təməlində həm də xalqımızın sarsılmaz birliyi, öz dövlətinin, onun başçısının ətrafında dəmir yumruq kimi birləşməsi dayanır: “Ümumiyyətlə, dövlətimizin əldə etdiyi bütün nailiyyətləri araşdırsaq, aydın şəkildə məlum olur ki, bunun məhz səbəbi xalqımızın birliyidir.
Arif Ömərov,
Quba rayon Çiçi-Səbətlər Bələdiyyəsinin sədri
Вернуться назад