Heqiqet.Az » sosial » Bizi qələbədən-qələbəyə daşıyan, uğurlarımızı bərqərar edən həmrəyliyimizdir


Bizi qələbədən-qələbəyə daşıyan, uğurlarımızı bərqərar edən həmrəyliyimizdir

6-11-2024, 18:28
Çap et
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev elə bir Ordu formalaşdırdı ki, onun keçdiyi 44 günlük döyüş yolu bütün dünyada qəhrəmanlıq dastanına çevrildi. Heç də təsadüfü deyil ki, yenilməz Ordumuzun döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində maraqla öyrənilir. Hətta dünyanın əsas tanınmış hərbi ekspertləri belə qənaətə gəliblər ki, Ordumuzun qarşısında dünyanın aparıcı ölkəsi olsaydı belə, duruş gətirə bilməzdi. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzimkarlığı hələ uzun illər dillərdə əzbər olacaq. Onlar düşmən qarşısında bir addım da geri atmadılar, yalnız irəli getdilər. Yaralı əsgərlərimizin müharibə meydanını tərk etməməsi, o vəziyyətdə belə döyüşməyə davam etməsi misilsiz qəhrəmanlıqdır. Hər bir əsgər ancaq qələbə haqqında düşünürdü, çünkü bu məqsədlə cəbhəyə yola düşmüşdülər. Onları böyüdən və tərbiyə edən valideynlər, həyata hazırlayan müəllimlər yalnız mübariz ruhlu gənclik yetişdirdilər. Əsgərlərimiz Vətən qarşısında borclarını ləyaqətlə və vicdanla yerinə yetirdilər, döyüş tapşırıqlarını uğurla başa çatdırdılar. “Dəmir yumruq” əməliyyatı təkcə torpaqlarımızın azad edilməsi ilə yox, həm də düşmənin mənəvi məğlubiyyəti ilə yadda qaldı. Onların uzun illər uydurduqları “məğlubedilməz erməni əsgəri” bizim hərbçilərimiz qarşısında diz çökdü, məğlub oldu. On minlərlə erməni əsgəri yalnız qaçmaqla canlarını qurtardılar, fərarilik etdilər. Erməni faşizmi məhv edildi və bir də çətin ki, özlərinə gələ bilərlər. Ermənistandan fərqli olaraq, bir Azərbaycan əsgəri olmadı ki, o, döyüşdən yayınsın, imtina etsin. Həmin dövrdə bütün dünya şahid oldu ki, gənclərimiz döyüşlərə qatılmaq üçün hərbi komissarlıqlar qarşısında necə uzun növbələr yaradırdılar, Vətən eşqi ilə alışıb-yanırdılar. Onlar bu vətənpərvərik ruhunu döyüş meydanında fədakarlıqla davam etdirdilər.
Zəfər bayramı hər səhifəsi qürur mənbəyimiz olan şanlı tariximizin ən şərəfli günlərindən biridir. Heç vaxt məğlubiyyətlə barışmayan müdrik xalqımız Şərqi Zəngəzuru və Qarabağı təcavüzkar Ermənistandan azad etməklə böyük bir dastan yazdı. Bu qələbə Azərbaycan xalqının qəbul etdiyi müdrik qərarlar sayəsində mümkün olub. Belə ki, cənab İlham Əliyevi Prezident seçən xalqımız birmənalı şəkildə əmin idi ki, Ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri o, layqincə yerinə yetirəcək. Tarix Azərbaycan xalqının müdrikliyini bir daha sübut etdi. Cənab İlham Əliyevin ötən illər ərzində dövlət başçısı olaraq atdığı bütün addımlar, qəbul etdiyi qərarlar doğma torpaqlarımızın işğaldan azad olunmasına xidmət edib. Bu qələbə onun gecəli-gündüzlü əməyinin, gərgin zəhmətinin bəhrəsidir. Tariximizin bu dahi şəsiyyətinin gördüyü işlərin bir hədəfi var idi: qüdrətli Azərbaycan. Vaxtı ilə bu, kimlərəsə utopik görünə bilərdi, amma bu gün bütün həqiqətlər ortadadır, Azərbaycan yerləşdiyi coğrafi regionun lider dövlətidir.
Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi zəfərin nailiyyətləri, nəticələri hər kəs qəbul etməlidir. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir dövlətin torpağını işğal etməyib, öz torpağında vuruşaraq, şəhid verərərk, qan tökərək, ədaləti bərpa edərək işğala son qoyumuşdur. Azərbaycan bütün dünyaya sübut edir ki, o sülhsevər dövlətdir, ləyaqətlə mübarizə aparır, qalib gəlməsinə baxmayaraq, yenə də Cənubi Qafqazda, regionda təhlükəsizlik və inkişaf naminə slüh danışılarına, sülh sazişinin imzalanmasına hazırdır.
Qələbəmizin təməlində həm də xalqımızın sarsılmaz birliyi, öz dövlətinin, onun başçısının ətrafında dəmir yumruq kimi birləşməsi dayanır: “Ümumiyyətlə, dövlətimizin əldə etdiyi bütün nailiyyətləri araşdırsaq, aydın şəkildə məlum olur ki, bunun məhz səbəbi xalqımızın birliyidir.

Arif Ömərov,
Quba rayon Çiçi-Səbətlər Bələdiyyəsinin sədri
Reytinq: