İki bəstəkarın irsi bir səhnədə: Muğam Mərkəzində yubiley gecəsi23-04-2026, 12:56
Çap et Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin təqdimatında görkəmli bəstəkarlar - Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə və Zakir Bağırovun 110 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.Gecədə hər iki bəstəkarın yaradıcılığından seçilmiş əsərlər səsləndirilib, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb. Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır. Proqramda Ramiz Mustafayevin “Mən neftçiyəm”, “Şamaxı”, “Gülüm yoxdur”, “Gözəllik nəğməsi” əsərləri, Zakir Bağırovun isə “Qara qız” və “Aygün” operasından parçalar səsləndirilib. Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilov, həmçinin ifaçılar Rəvan Qaçayev, Mədinə Səlimova, Nəzakət Əliyeva, Ülkər Rüstəmova, Riyad Eyvazov və digərləri çıxış ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin təqdimatında görkəmli bəstəkarlar - Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə və Zakir Bağırovun 110 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.