Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib22-02-2019, 10:19
Çap et Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, mərkəzdə “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunub. Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Konsertdə xalq artistləri Gülyaz Məmmədova “Ana məhəbbəti”, Nazpəri Dostəliyeva “Anacan”, Gülyanaq Məmmədova “Ana”, Əməkdar artistlər Gülüstan Əliyeva “Anam yadıma düşdü”, Bəyimxanım Vəliyeva “Mehribanım”, Arzu Əliyeva “Azərbaycan qızıyam”, Azərbaycan Televiziyası və Radiosunun solistləri –Kamilə Nabiyeva “Ana”, Zabitə Alıyeva “Ana”, Sədəf Budaqova “Ana” və Ayşən Mehdiyev “Ananın səsi” mahnılarını ifa ediblər. Konsertin son nömrəsi olan "Anacan" mahnısı Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva və Gülyanaq Məmmədovanın ifasında səsləndi. İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi. Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi. Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və yaradıcılıq layihələri davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
