Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfransDünən, 18:05
Çap et Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə səhiyyə naziri Teymur Musayev, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin sədri professor Öner Gelişken çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Akademik Zərifə Əliyeva Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, eləcə də peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində mühüm elmi nailiyyətlər əldə edib. Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin milli səhiyyəmizin inkişaf tarixində xüsusi yeri olduğu, zəngin ənənələri və böyük nailiyyətləri ilə seçildiyi diqqətə çatdırılıb. Tədbir zamanı Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx da nümayiş etdirilib. Konfrans çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının təntənəli açılışı da keçiriləcək. Həmçinin panel müzakirələr təşkil olunacaq. Ənənəvi xarakter daşıyan bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və müasir tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual problemlərinin müzakirəsi, yeni diaqnostika və müalicə metodlarının təhlili, həmçinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
