Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb28-04-2025, 12:11
Çap et ![]() Kitabxanadanbildirilib ki, biblioqrafik icmalda bir sıra rəsmi sənədlərin “Azərbaycanda oftalmologiya elminin inkişafında və oftalmoloji xidmətin təşkilində akademik Zərifə Əliyevanın rolu” adlı məqalənin tam mətni təqdim edilir. Bundan əlavə materialda Zərifə xanımın həyat və fəaliyyəti, müəllifi olduğu Azərbaycan, ingilis və rus dillərində çap edilən əsərləri, onun haqqında yazılan kitablar və monoqrafiyalar öz əksini tapır. İcmalda 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, kitabın yerləşdirildiyi linklər təqdim edilir. Hazırlanan material kitabxananın rəsmi saytında yerləşdirilib. Kitabxanada əməkdaşları tərəfindən hazırlanan videomaterialda akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələr, layiq görüldüyü mükafat və fəxri adlar haqqında geniş məlumat təqdim edilir. Videomaterialda Zərifə xanım Əliyevanın foto və video arxivindən görüntülər də sərgilənir. “Akademik Zərifə xanım Əliyeva - 102” adlı material kitabxananın rəsmi saytında yerləşdirilib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|