Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb16-12-2024, 11:47
Çap et Kitabxanadan bildirilib ki, materiallarda rəsmi sənədlər, “Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə” adlı məqalənin tam mətni, görkəmli şəxslərin Xalq rəssamı haqqında söylədikləri dəyərli fikirlər, Səttar Bəhlulzadənin zəngin fəaliyyəti boyunca layiq görüldüyü təltif və mükafatlar haqda məlumatlar təqdim edilir. “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülletenində Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən 1958-2024-cü illərdə nəşr edilən “Sonuncu dərviş”, “Səttar Bəhlulzadə: gözəlliyə həsr olunmuş həyat”, “Səttar Bəhlulzadə nağılı”, “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi”, “Boyalarda yaşayan ömür” kimi Azərbaycan və rus dillərində 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahısı təqdim edilir. Virtual kitab sərgisində Xalq rəssamı Səttar Bəhlulzadənin Azərbaycanın füsunkar təbiətinin gözəlliklərini özünəməxsus tərzdə təsvir etdiyi, istedadlı, ecazkar dünyasının əksi olan əsərləri foto və video formatda sərgilənir, görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni https://ryl.az/multimedia/settar-behlulzade-115 yerləşdirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
