Naxçıvanda qaz istismarı sahəsində daxili proseslər rəqəmsallaşdırılırBu gün, 12:55
Çap et “Azəriqaz” İstehsalat Birliyində rəqəmsallaşma xidmət keyfiyyətini artırmaq, operativliyi təmin etmək və idarəetməni təkmilləşdirmək məqsədi daşıyır. Bu prosesdə əsas prioritet daxili proseslərin rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və vahid idarəetmə sisteminin qurulmasıdır.Bunu “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin Müştəri xidmətləri şöbəsinin rəisi Qənbər Qənbərov deyib. O bildirib ki, bu çərçivədə veb və mobil versiyalı yeni proqram təminatı tətbiq olunub: "Artıq sahə işləri, müştəri xidmətləri, kommersiya əməliyyatları və şəbəkə idarəçiliyi vahid platforma üzərindən idarə edilir. Bu isə nəzarəti gücləndirir, məlumatların mərkəzləşdirilməsini və qərarvermənin sürətlənməsini təmin edir. Rəqəmsallaşma ümumiyyətlə, dörd əsas istiqaməti əhatə edir: müştəri xidmətləri, kommersiya, şəbəkə və sahə işlərini". Müştəri xidmətləri sahəsində bir çox xidmətlərin rəqəmsallaşdırıldığını deyən Q.Qənbərov bildirib ki, texniki şərtlərin verilməsi, borcun olmaması barədə arayışların təqdim edilməsi, müqavilələrin bağlanması və müraciətlərin qeydiyyatı artıq elektron qaydada həyata keçirilir: "Bütün müraciətlər vahid platformada qəbul olunur və bu, proseslərin şəffaf izlənməsini və vaxtında icrasını təmin edir. Müxtəlif kanallardan daxil olan müştəri müraciətlərinin idarə olunması üçün vahid CRM sistemi yaradılıb. Sistem icra müddətlərini izləyir və gecikmə olduqda məsul şəxslərə avtomatik bildirişlər göndərir. Bu da nəzarəti və işin səmərəliliyini artırır. Həmçinin “myGov” və “m10” platformaları üzərindən elektron xidmətlər genişləndirilib. Vətəndaşlar sənədləri onlayn əldə edə və “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalaya bilirlər". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
