» » Karantini pozan məmur cəzalandırıldı


Karantini pozan məmur cəzalandırıldı

18-06-2020, 14:17
Çap et
Karantini pozan məmur cəzalandırıldı "Azəriqaz" İstehsalat Birliyinin vəzifəli şəxsi karantin qaydalarını pozduğu üçün işdən azad edilib.
Qurumdan verilən xəbərə görə, pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub. O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.
Reytinq: