Millətlər Liqası: Azərbaycan yığmasının son iki oyun üçün heyəti açıqlanıb
9-11-2024, 10:48. Разместил: heqiqet
Komandaya cəlb olunan oyunçuların adlarını Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında elan edib.
Portuqaliyalı mütəxəssis 24 futbolçuya dəvət göndərib.
Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Aydın Bayramov (“Zirə”), Nicat Mehbalıyev (“Sabah”);
Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Amin Seydiyev, (“Sabah”), Rahil Məmmədov (“Radomyak”, Polşa), Zamiq Əliyev (“Eqnatiya”, Albaniya), Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya);
Yarımmüdafiəçilər: Toral Bayramov, Aleksey İsayev (hər ikisi “Qarabağ”), Ceyhun Nuriyev (“Zirə”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”), Ozan Can Kökçü (HIK, Finlandiya), Xəyal Nəcəfov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Səbuhi Abdullazadə (“Sumqayıt”),
Hücumçular: Ramil Şeydayev (“Neftçi”), Rüstəm Əhmədzadə ("Zirə"), Nəriman Axundzadə ("Qarabağ"), Mahir Emreli (“Nürnberq”, Almaniya).
Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra isə son tur çərçivəsində səfərdə İsveçin qonağı olacaq.
Вернуться назад