Millətlər Liqası: Azərbaycan yığmasının son iki oyun üçün heyəti açıqlanıb9-11-2024, 10:48
Çap et Komandaya cəlb olunan oyunçuların adlarını Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında elan edib. Portuqaliyalı mütəxəssis 24 futbolçuya dəvət göndərib. Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Aydın Bayramov (“Zirə”), Nicat Mehbalıyev (“Sabah”); Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Amin Seydiyev, (“Sabah”), Rahil Məmmədov (“Radomyak”, Polşa), Zamiq Əliyev (“Eqnatiya”, Albaniya), Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya); Yarımmüdafiəçilər: Toral Bayramov, Aleksey İsayev (hər ikisi “Qarabağ”), Ceyhun Nuriyev (“Zirə”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”), Ozan Can Kökçü (HIK, Finlandiya), Xəyal Nəcəfov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Hücumçular: Ramil Şeydayev (“Neftçi”), Rüstəm Əhmədzadə ("Zirə"), Nəriman Axundzadə ("Qarabağ"), Mahir Emreli (“Nürnberq”, Almaniya). Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra isə son tur çərçivəsində səfərdə İsveçin qonağı olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
