“Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində təlimlər və kitabça təqdimatı oldu
16-07-2025, 17:52. Разместил: heqiqet
Təlimlərdə layihə rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova layihə haqqında məlumat verərək bildirmişdir ki, müasir dövrdə qlobal rəqabət və texnoloji inkişaf sürətlə artdığı üçün sahibkarların ən vacib ehtiyaclarından biri də innovativ bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində hazırlanmış “Süni intellekt və sahibkarlıq” adlı kitabça da bu baxımdan çox aktual və zəruri bir vəsaitdir. Kitabçada sahibkarlıq fəaliyyətində innovasiyaların rolu, rəqəmsal marketinq, yeni texnologiyaların tətbiqi və xüsusilə süni intellektin (AI) sahibkarlıq mühitinə inteqrasiyası üçün lazımlı məlumatlar toplanmışdır ki, bu da kiçik və orta sahibkarların bu texnologiyadan necə faydalana biləcəyini əhatəli şəkildə əks etdirmişdir.
Hər üç təlimdə iqtisadi ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova və informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov mövzu üzrə startap layihələr, süni intellektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verərək slaydlar təqdim etdilər.
Təlimlərdə sahibkarları maraqlandıran məsələlərlə bağlı suallar həm təlimçilər, həm də KOBİA əməkdaşları tərəfindən cavablandırılmış, fəallıq göstərən gənc fərdi sahibkarlara sertifikatlar təqdim edilmişdir.
Azər Maxsudov
“ İnnovasiya və Sosial İnkişaf” İctimai Birliyinin sədri
Вернуться назад