Heqiqet.Az » sosial » “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində təlimlər və kitabça təqdimatı oldu


“Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində təlimlər və kitabça təqdimatı oldu

16-07-2025, 17:52
Çap et
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində təlimlər və “Süni intellekt və sahibkarlıq” kitabçasının təqdimatı keçirildi. Layihə üzrə təlimlər 12 və 23 iyun 2025 -ci ildə Bakı şəhərində Bakı Resurs Mərkəzində, 11 iyul 2025-ci il tarixində isə Sumqayıt şəhərində Qərbi Azərbaycan İcmasının akt zalında keçirildi. Təlimlərdə KOB subyektləri, fərdi sahibkarlar, yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər iştirak edirdi.
Təlimlərdə layihə rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova layihə haqqında məlumat verərək bildirmişdir ki, müasir dövrdə qlobal rəqabət və texnoloji inkişaf sürətlə artdığı üçün sahibkarların ən vacib ehtiyaclarından biri də innovativ bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində hazırlanmış “Süni intellekt və sahibkarlıq” adlı kitabça da bu baxımdan çox aktual və zəruri bir vəsaitdir. Kitabçada sahibkarlıq fəaliyyətində innovasiyaların rolu, rəqəmsal marketinq, yeni texnologiyaların tətbiqi və xüsusilə süni intellektin (AI) sahibkarlıq mühitinə inteqrasiyası üçün lazımlı məlumatlar toplanmışdır ki, bu da kiçik və orta sahibkarların bu texnologiyadan necə faydalana biləcəyini əhatəli şəkildə əks etdirmişdir.
Hər üç təlimdə iqtisadi ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova və informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov mövzu üzrə startap layihələr, süni intellektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verərək slaydlar təqdim etdilər.
Təlimlərdə sahibkarları maraqlandıran məsələlərlə bağlı suallar həm təlimçilər, həm də KOBİA əməkdaşları tərəfindən cavablandırılmış, fəallıq göstərən gənc fərdi sahibkarlara sertifikatlar təqdim edilmişdir.

Azər Maxsudov
“ İnnovasiya və Sosial İnkişaf” İctimai Birliyinin sədri




















Reytinq: