» » İnnovativ “Kod kitab” - “Qarabağ Tarixi fənninə əyani vəsaitərin nəşri” adlı layihə həyata keçirildi


İnnovativ “Kod kitab” - “Qarabağ Tarixi fənninə əyani vəsaitərin nəşri” adlı layihə həyata keçirildi

14-12-2020, 15:44
Çap et
İnnovativ “Kod kitab” -  “Qarabağ Tarixi fənninə əyani vəsaitərin nəşri” adlı layihə həyata keçirildi İnnovativ “Kod kitab” - “Qarabağ Tarixi fənninə əyani vəsaitərin nəşri” adlı layihə həyata keçirildi.
Layihənin rəhbəri : A.O. Çerniyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin Tarix müəllimi Maxsudov Niyət Səftər oğlu layihə barədə məlumat verərək bildirdi ki, Layihə “Qarabağın tarixi”fənninin tədrisində innovativ proqramları tətbiq edərək təhsilin keyfiyyətinin yüksəlməsinə və təhsildə innovasiyaların tətbiqinə dəstək olmağı nəzərdə tuturdu.
Layihə çərçivəsində Qarabağ tarixində olan bütün hadisələr araşdırılaraq müxtəlif tarixi sənədlər , fotolar və video materiallar hazırlanmışdır. Azərbaycanda zəfərlərlə dolu ilk rəqəmsal innovativ tarix kitabı şagirdlərə təqdim olundu. Kitabın proqram hissəsini hazırlamaq üçün Azərbaycanda ilk innovativ rəqəmsal kitabları hazırlayan “ İnnobook” ilə əməkdaşlıq edilmişdir. Innobook şirkətinin təqdim etdiyi Qarabağ Tarixi innovativ rəqəmsal proqram Azərbaycan Tarixi haqqında ilk rəqəmsal innovativ proqramdı. Azərbaycanın yeni zəfər tarixini yazan rəşadətli, yenilməz Azərbaycan əsgərinin vətən müharibəsində, haqlı mübarizəsində göstərdiyi nailiyyətlərini proqramı yüklədikdən sonra sizə təqdim olunan qr kodlara telefon kamerasını yaxınlaşdıraraq izləyə bilərsiniz.
Reytinq: