Azərbaycanda ilk innovativ rəqəmsal kitab nəşr olundu21-08-2020, 10:55
Çap et Bu innovativ kitabçalar qısa vaxt ərzində sizi Azərbaycanın Azsaylı xalqları mədəni müxtəlifliyi onların həyat tərzi , mədəniyyəti, abidələrini və geyimləri hətta heç bir disk quraşdırmadan musiqiləri ilə tanış edəcəkdir. Kitablar vasitəsi ilə Azərbaycanda yerləşən müxtəlif xalqların abidələri, kilsə , sinaqoqlara vizual səyyahət edə biləcəksiniz və bu kitablar sizdə Azərbaycanın tolerantlığı, Azərbaycançılıq idealogiyası haqqında təsəvvür yaradacaqdır. Bu innovativ kitablar Azərbaycanda ilk dəfə nəşr olunmuşdur. Kitabda İnnoBook genişlənmiş reallıq proqramından istifadə olunmuşdur. Əziz dost inanıram ki, bu kitab sizdə Azərbaycançılıq idealogiyası və multikultural tolerant hisslərin,düşüncənin yaranmasında vasitə olacaqdır. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dəstəyi ilə nəşr olunmuşdur. Proqram təminatı isə ” Müasir qadın və Cəmiyyət” İB təşəbbüsü ilə Fidan Maqsudova tərəfindən yazılmışdır. Kitabda İNNOBOOK proqramından istifadə olunmuşdur. Səhifələrdəki abidələrə vizual səyyahət edərək azsaylı xalqların abidələri, geyim , musiqilərini kitabda dinləmək və görmək üçün play store və google play tətbiqlərinə daxil olaraq innobook yazaraq tətbiqi endirin və səyyahət başlasın. Qeyd: Proqram sadəcə Azərbaycanda google play dəstəkləyən android cihazlarında istifadə oluna bilər. Nəşrlə bağlı rəy və təkliflərinizi inno_ book FB İnstagram səhifələrində paylaşa bilərsiniz. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
