Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində14-06-2018, 10:08
Çap et Afaq Məsud: “Uzun əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif xalqların, etnos, konfessiya və dini icmaların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarix boyu dövlət səviyyəsində qorunur, tarixi abidələr, məscid, kilsə və sinaqoqlar yenidən bərpa edilir. Belə icmalardan biri də Dağ Yəhudiləri Dini İcmasıdır”. Öz növbəsində MilixYevdayev bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib. “Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladıtək yaşatsın”, – deyə icma rəhbəri bildirib. Afaq Məsud, həmçinin Mərkəzin, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi beynəlxalq nəşr layihələrindən söz açaraq, müxtəlif illərdə tanınmış İsrail yazıçılarının Azərbaycan dilinə tərcümə və nəşr edilmiş əsərlərindən danışıb. Sonda Mərkəzin nəşrlərindən olan – dünya şöhrətli yəhudi əsilli yazıçı ŞolomAleyxemin “Seçilmiş əsərləri” və qədim sufilərin fəlsəfi-dini traktatlarının toplandığı “Xilas yolunun yolçuları” kitabları qonağa təqdim edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
