DataLife Engine > yazarlar > Damət Salmanoğlu "Xatırlamaq..."

Damət Salmanoğlu "Xatırlamaq..."


Bu gün, 14:52. Разместил: heqiqet
Damət Salmanoğlu

Xatırlamaq...

Xəyalən keçmişə dönmək,
Uşaqlığın qoxusunu yenidən duymaq,
Qəlbin ən saf guşəsində
Səssiz bir ibadət etmək kimidir.
Yazın ilk günlərində,
Yağışlar torpağı isladanda,
Göy çəmənlər boy atanda,
Yalın ayaqla yaşıl çəmənlər üstə
Qaçdığın günləri xatırlamaq...
Seevincli uşaq gülüşlərini
Yenidən eşidib duymaq,
Küləyin gətirdiyi xatirələrlə
Bir anlıq o məsum illərə qayıtmaq
Ömrün ən ülvi səadətidir.
Bəzən bir çiçəyin ətri,
Bəzən bir quşun nəğməsi,
Bəzən də yağış damlalarının səsi
İllərin toz basmış xatirələrini
Bir anda oyadıb dilə gətirər.
O günlərdə nə var-dövlət vardı,
Nə şöhrət, nə də təmtəraq.
Bir parça çörək, bir ovuc sevinc,
Bir də saf ürəklə qurulan dostluqlar
Bizə bütöv bir dünya bəxş edərdi.
İndi hər xatirə bir ömür qədər əzizdir,
Hər xatirə qəlbdə yanan bir çıraqdır.
Keçmişə sevgi ilə baxan insan
Sabaha da ümidlə addımlayar,
Çünki xatirələr ömrün solmayan çiçəkləridir.
Elə buna görə də xatırlamaq
Sadəcə keçmişi yada salmaq deyil.
Xatırlamaq – insanın özünə qayıtması,
Uşaqlığın saflığını yenidən yaşaması,
Ruhunu təmizləyən müqəddəs bir ibadətdir.


Вернуться назад