Bakıda mağazada saxta içkilər aşkarlanıb
28-08-2026, 22:09. Разместил: heqiqet
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, aşkar saxtalaşdırılma əlamətləri olan 5 ədəd 1 litrlik, 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı və 5 ədəd 0,5 litrlik, 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunub, sözügedən alkoqollu içkilərin satışı qadağan edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Вернуться назад