Magistralda ağır qəza: Türkiyə vətəndaşı öldü
25-05-2015, 12:05. Разместил: heqiqet
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsində “VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.“VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 03:09-da başa çatıb.
Вернуться назад