Heqiqet.Az » hadise » Magistralda ağır qəza: Türkiyə vətəndaşı öldü


Magistralda ağır qəza: Türkiyə vətəndaşı öldü

25-05-2015, 12:05
Çap et
Magistralda ağır qəza: Türkiyə vətəndaşı öldüBu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsində “VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
“VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 03:09-da başa çatıb.
Reytinq: