Aeroport yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib
27-05-2016, 09:44. Разместил: heqiqet
Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən 1967-ci il təvəllüdlü Hüseynova Leyla Teymur qızı, 1995-ci il təvəllüdlü Hüseynova Nərgiz Çingiz qızı, 1989-cu il təvəllüdlü Qocayev Bəxtiyar Süleyman oğlu, 1990-cı il təvəllüdlü Orucov Zamin Ruslan oğlu və 1989-cu il təvəllüdlü Şirinov Fuad Oqtay oğluna dərhal tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində çalışan yol polisi əməkdaşlarından verilən məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağının səbəb olması göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Вернуться назад