Aeroport yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib27-05-2016, 09:44
Çap et Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən 1967-ci il təvəllüdlü Hüseynova Leyla Teymur qızı, 1995-ci il təvəllüdlü Hüseynova Nərgiz Çingiz qızı, 1989-cu il təvəllüdlü Qocayev Bəxtiyar Süleyman oğlu, 1990-cı il təvəllüdlü Orucov Zamin Ruslan oğlu və 1989-cu il təvəllüdlü Şirinov Fuad Oqtay oğluna dərhal tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur. Hadisə yerində çalışan yol polisi əməkdaşlarından verilən məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağının səbəb olması göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
