Bakıda ağır qəza: 7 piyada xəsarət aldı18-03-2016, 09:21
Çap et Ağır qəza sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Qəzaya səbəb olan avtomobil yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib. Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra “BMW” işıq dirəyinin yuxarı hissəinə kimi qalxıb və bundan sonra dirək aşıb. Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Piyaalardan 3-ü İran İslam respublikasının vətəndaşıdır. Yaralılar dərhal 1 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Həkimlərin verdiyi məlumata görə 7 nəfrədən 3-nün vəziyyəti orta ağırdır. Verilən məlumata görə, hadisəni törədən “BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib. Baş vermiş hadisə ilə əlaqədar əraziyə yol patrul xidmətinin əməkdaşları gəlib. Qəza zamanı 6 avtomobil yararsız haıala düşdüyündən əraziyə evakutorlar cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb Faktla əlaqədar araşdırmalara başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
