DataLife Engine > sehiyye > 2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq - Dəhşətli proqnoz

2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq - Dəhşətli proqnoz


2-12-2016, 14:12. Разместил: heqiqet 2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq - Dəhşətli proqnoz İIV infeksiyası yeniyetmələr arasında sürətlə artır.
Əgər lazımi tədbirlər görülməzsə, 2030-cu ildən sonra 19 yaşadək qızlar və oğlanlar arasında hər il 400 min yeni yoluxma halı qeydə alınacaq. BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri əmindirlər ki, profilaktik tədbirlərinin gücləndirilməsi yolu ilə uşaqların QİÇS-ə yoluxmasının qarşısını almaq mümkündür.
Bu gün QİÇS uşaq ölümünün əsas səbəblərindən biridir. Əhalinin bu kateqoriyası arasında 2015-ci ildə İİV-ə 250 min yeni yoluxma halı qeydə alınıb. Bu il isə 10 yaşdan 19 yaşadək 41 min uşaq və yeniyetmə bu xəstəlikdən dünyasını dəyişib. Əgər bütün lazımi tədbirlər görülməzsə, 2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq.
“İİV ilə mübarizədə böyük uğurlara nail ola bildik, amma mübarizə hələ başa çatmayıb, xüsusilə uşaq və yeniyetmələr üçün”, - deyə UNICEF-n rəhbəri Entoni Leyk bəyan edib. O, bildirib ki, İİV-ə yoluxmuş hər bir uşaq mütləq qeydə alınmalı və müalicə kursu keçməlidir.
“Hər iki dəqiqədə bir yeniyetmə İİV-ə yoluxur. Əgər biz immun çatışmazlığı virusuna son qoymaq istəyiriksə, onda məsələyə ciddi yanaşmalıyıq və hər yeniyetməyə yardım göstərilməsi istiqamətində səylərimizi ikiqat artırmalıyıq”, - deyə Entoni Leyk əlavə edib.
Вернуться назад