2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq - Dəhşətli proqnoz2-12-2016, 14:12
Çap et Əgər lazımi tədbirlər görülməzsə, 2030-cu ildən sonra 19 yaşadək qızlar və oğlanlar arasında hər il 400 min yeni yoluxma halı qeydə alınacaq. BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri əmindirlər ki, profilaktik tədbirlərinin gücləndirilməsi yolu ilə uşaqların QİÇS-ə yoluxmasının qarşısını almaq mümkündür. Bu gün QİÇS uşaq ölümünün əsas səbəblərindən biridir. Əhalinin bu kateqoriyası arasında 2015-ci ildə İİV-ə 250 min yeni yoluxma halı qeydə alınıb. Bu il isə 10 yaşdan 19 yaşadək 41 min uşaq və yeniyetmə bu xəstəlikdən dünyasını dəyişib. Əgər bütün lazımi tədbirlər görülməzsə, 2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq. “İİV ilə mübarizədə böyük uğurlara nail ola bildik, amma mübarizə hələ başa çatmayıb, xüsusilə uşaq və yeniyetmələr üçün”, - deyə UNICEF-n rəhbəri Entoni Leyk bəyan edib. O, bildirib ki, İİV-ə yoluxmuş hər bir uşaq mütləq qeydə alınmalı və müalicə kursu keçməlidir. “Hər iki dəqiqədə bir yeniyetmə İİV-ə yoluxur. Əgər biz immun çatışmazlığı virusuna son qoymaq istəyiriksə, onda məsələyə ciddi yanaşmalıyıq və hər yeniyetməyə yardım göstərilməsi istiqamətində səylərimizi ikiqat artırmalıyıq”, - deyə Entoni Leyk əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
