FHN: "İtkin neftçilərin axtarışları davam etdirilir"
16-12-2016, 11:15. Разместил: heqiqet
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda nazirliyin Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
Вернуться назад