Heqiqet.Az » hadise » FHN: "İtkin neftçilərin axtarışları davam etdirilir"


FHN: "İtkin neftçilərin axtarışları davam etdirilir"

16-12-2016, 11:15
Çap et
FHN: "İtkin neftçilərin axtarışları davam etdirilir" "Dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir".
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda nazirliyin Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
Reytinq: