Xəzərdə estakada aşıb, 10 neftçi itkin düşüb - SİYAHI15-12-2016, 10:49
Çap et SOCAR-dan verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 1. Zülfüqarov Güloglan - maşinist 2. Zülfüqarov Azay - operator 3. Qurbanov Vidadi - operator 4. Həsənov Elçin - mexanik 5. Hacıəliyev Həsənağa - operator 6. Qafarov İlham - operator 7. Əsədov Samir - operator 8. Bəhrəmov Cavid - operator 9. Abbasov Ramiz - maşinist 10. Rüstəmov Qorxmaz - operator Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
