Demo saytı » hadise » Akkuşa çayına “Kamaz” düşüb: 2 nəfər ölüb


Akkuşa çayına “Kamaz” düşüb: 2 nəfər ölüb

30-03-2016, 09:25
Çap et
Akkuşa çayına “Kamaz” düşüb: 2 nəfər ölüb Salyanda bədbəxt hadisə baş verib.
Heqiqet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “Kamaz” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlamışlar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Reytinq: