SON XƏBƏR: itkin düşənlər tapılmayıb, yanğın davam edir7-12-2015, 11:19
Çap et Axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb. "APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib. "Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib. O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir. Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir