DataLife Engine > hadise > Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu

Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu


23-02-2017, 11:31. Разместил: heqiqet Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu Bakıda zavoddan oğurluq edən şəxs tutulub. Bu gecə Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları, Xətai rayonu, Nobel prospekti-72 ünvanda yerləşən neft kəmərlərinin yaxınlığında “VAZ 2103” markalı Az 33 BA 893 dövlət qeydiyyat nömrəli avtomaşınla elektrik naqillərini sökərək qaçırmaq istəyərkən İmişli rayon sakini, 1979-cu il təvəllüdlü Bayramov Siyavuş Bəylər oğlunu yaxalayıblar. O, 37-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад