Heqiqet.Az » hadise » Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu


Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu

23-02-2017, 11:31
Çap et
Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu Bakıda zavoddan oğurluq edən şəxs tutulub. Bu gecə Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları, Xətai rayonu, Nobel prospekti-72 ünvanda yerləşən neft kəmərlərinin yaxınlığında “VAZ 2103” markalı Az 33 BA 893 dövlət qeydiyyat nömrəli avtomaşınla elektrik naqillərini sökərək qaçırmaq istəyərkən İmişli rayon sakini, 1979-cu il təvəllüdlü Bayramov Siyavuş Bəylər oğlunu yaxalayıblar. O, 37-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: