» » Elmar Məmmədyarov Belarus və İsrail səfirlərini qəbul edib


Elmar Məmmədyarov Belarus və İsrail səfirlərini qəbul edib

29-07-2015, 21:43
Çap et
Elmar Məmmədyarov Belarus və İsrail səfirlərini qəbul edib Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycandakı səfiri Nikolay Paçkeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd-təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Səfir Nikolay Paçkeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının mükkəmməl səviyyədə təşkil olunduğunu bildirib. Həmçinin, səfir Paçkeviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə səfir Nikolay Paçkeviçə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Elmar Məmmədyarov, həmçinin, İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı da diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Reytinq: