Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb9-12-2019, 07:37
Çap et Bərdədə 3 yaşlı azyaşlının yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə, Qusarda 15 yaşlı qızın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı isə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, Bərdə şəhərində 3 yaşlı Hüseynli Ayşən Etibar qızı anası ilə birgə dəm qazından zəhərlənib. Uşaq ölüb, ananın vəziyyəti ağırdır. Qusarda isə 2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
