Azərbaycan şahmatçısı Nicat Abasov Dünya Kubokunda 1/16 finala yüksəlib8-08-2023, 11:53
Çap et Üçüncü raundda ümumi hesab: Nicat Abasov - Anişem Giri (Niderland) - 4.5: 3.5. Dördüncü raundda (kişilər arasında dünya çempionatının 1/16 final mərhələsi) Nicat Abasovun rəqibi Petr Svidler (FİDE) olacaq. Dördüncü turun ilk partiyası avqustun 9-da baş tutacaq. Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək. FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib. FIDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
