Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada qızıl medal qazandılar14-05-2015, 19:11
Çap et ![]() Mayın 7-dən 10-dək ABŞ-ın Hyuston şəhərində Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadası keçirilib. Təhsil Nazirliyinin məlumatına görə, olimpiadada 70-ə yaxın ölkənin və Amerikanın 48 ştatının şagirdləri iştirak edib. Bakı Avropa Liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli və Fuad Abdulzadənin “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihəsi olimpiadaya “Ətraf mühitün idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 427 layihə içərisində qalib gələrək qızıl medala layiq görülüb. Qeyd edək ki, bu layihə Bakı Avropa Liseyinin biologiya müəllimi Olqa Hümbətovanın iştirakı, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının professoru Məhəmmədəli Ramazanov, eləcə də dosent İsmət Əhmədovun rəhbərliyi və dəstəyi ilə yerinə yetirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

