Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür21-01-2026, 14:19
Çap et Bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 76-cı ildönümü tamam olub. Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır. Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir. Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
