Demo Sayt » dunya » Yaponiyada 90 min insan təxliyə olundu


Yaponiyada 90 min insan təxliyə olundu

10-09-2015, 15:18
Çap et
Yaponiyada 90 min insan təxliyə olundu Kinuqava çayının daşması nəticəsində azı 22 min insana zərər dəyib.
Yaponiyada 90 mindən çox sakin daşqın və sürüşmələrə görə öz evlərindən təxliyə olunublar.
Hadisə nəticəsində hələ ki, bir nəfərin itkin düşdüyü, 12 nəfərin isə xəsarət aldığı deyilir. Lakin ölən və yaralıların artacağı istisna deyil. Suyun səviyyəsi o qədər yüksəkdir ki, vertolyotlarda xilasedicilər evlərin damlarından yerli sakinləri təxliyyə edirlər.
Yaponiyanın Dzyosonun şəhərində Kinuqava çayının daşması nəticəsində artıq ən azı 22 min insana zərər dəyib, bəziləriin evləri qismən, bəzilərinki isə tamamilə suyun altında qalıb.
Leysan yağışlar Yaponiyanın şimal-şərq və mərkəzi hissəsində bir çox dəmir yolu xətlərində qatarların, o cümlədən sürətli “Şinkansen” ekspresslərinin hərəkətinin dayanmasına səbəb olub.
Reytinq: