DataLife Engine > dunya > Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü

Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü


7-08-2017, 17:54. Разместил: heqiqet Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Bu barədə RİA Novosti agentliyinə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib.
“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb”, deyə Y.Mavlütova qeyd edib. Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır.

Вернуться назад