Demo Sayt » dunya » Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü


Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü

7-08-2017, 17:54
Çap et
Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Bu barədə RİA Novosti agentliyinə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib.
“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb”, deyə Y.Mavlütova qeyd edib. Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır.
Reytinq: