Rusiya Mərkəzi Bankı yeni rubl dövriyyəyə buraxdı: Üstündə Krımın şəkli var - FOTO
12-10-2017, 14:31. Разместил: heqiqet
Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yeni banknotların kütləvi dövriyyəyə dekabrda buraxılacağını bildirib.
"Bu gündən etibarən, yeni rubllar ilk olaraq üzərində şəkli təsvir edilmiş regionlarda dövriyyəyə başlayacaq - Uzaq Şərq, Krım və həmçinin Moskvada. Planlarımıza görə, dekabrda yeni banknotların kütləvi dövriyyəyə daxil edilməsinə başlanılacaq”, - Nabiullina qeyd edib.
Məlumat üçün bildirək ki, yeni banknotların üzərindəki simvollar üçün müsabiqə 2016-cı ilin iyun ayından oktyabr ayına qədər keçirilib. Təxminən 5 min nominantın iştirak etdiyi müsabiqədə Rusiyanın 1113 şəhərinin görməli yerləri təklif olunub. Müsabiqənin son mərhələsi ümumrusiya səsverməsini əhatə edərək, 2 qalib müəyyən edilib. Bunlar Krım yarımadasında yerləşən Sevastopol şəhərinin və Uzaq Şərqin təsvirləridir.
Вернуться назад