Rusiya Mərkəzi Bankı yeni rubl dövriyyəyə buraxdı: Üstündə Krımın şəkli var - FOTO12-10-2017, 14:31
Çap et Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yeni banknotların kütləvi dövriyyəyə dekabrda buraxılacağını bildirib. "Bu gündən etibarən, yeni rubllar ilk olaraq üzərində şəkli təsvir edilmiş regionlarda dövriyyəyə başlayacaq - Uzaq Şərq, Krım və həmçinin Moskvada. Planlarımıza görə, dekabrda yeni banknotların kütləvi dövriyyəyə daxil edilməsinə başlanılacaq”, - Nabiullina qeyd edib. Məlumat üçün bildirək ki, yeni banknotların üzərindəki simvollar üçün müsabiqə 2016-cı ilin iyun ayından oktyabr ayına qədər keçirilib. Təxminən 5 min nominantın iştirak etdiyi müsabiqədə Rusiyanın 1113 şəhərinin görməli yerləri təklif olunub. Müsabiqənin son mərhələsi ümumrusiya səsverməsini əhatə edərək, 2 qalib müəyyən edilib. Bunlar Krım yarımadasında yerləşən Sevastopol şəhərinin və Uzaq Şərqin təsvirləridir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
