Çexiyada kommunistin təyinatına etirazlar başlayır
6-03-2018, 10:49. Разместил: heqiqet
Çexiya parlamentinin aşağı palatasının deputatları yalnız beşinci cəhddə və bir səs çoxluğu ilə kommunist partiyasının təmsilçisi, 1989-cu ildə tələbə nümayişinin dağıdılmasında iştirakı ilə tanınan Z.Ondraçekin namizədliyini təsdiq ediblər.
Etiraz tədbirlərinin iştirakçıları komitə sədrinin seçkilərinin yenidən keçirilməsini tələb edən petisiya imzalamaq niyyətindədirlər. İlkin məlumatlara görə, Praqa, Brno, Ostrava, Olomouts, İqlava və digər şəhərlərdə on minlərlə vətəndaş etiraz aksiyalarına qoşulacaq.
Bu ərəfədə istefa etmiş baş nazir Andrey Babiş öz "Facebook” səhifəsində bildirib ki, Ondraçekin vəzifədən azad olunmasını təklif etmək niyyətindədir.
Вернуться назад