Demo Sayt » dunya » Çexiyada kommunistin təyinatına etirazlar başlayır


Çexiyada kommunistin təyinatına etirazlar başlayır

6-03-2018, 10:49
Çap et
Çexiyada kommunistin təyinatına etirazlar başlayır Çexiyanın 11 şəhərində Zdenek Ondraçekin Hüquq-mühafizə Qüvvələri Baş Müfəttişliyinə Nəzarət üzrə Komitənin (GIBS) sədri vəzifəsinə təyin olunmasına qarşı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Çexiya parlamentinin aşağı palatasının deputatları yalnız beşinci cəhddə və bir səs çoxluğu ilə kommunist partiyasının təmsilçisi, 1989-cu ildə tələbə nümayişinin dağıdılmasında iştirakı ilə tanınan Z.Ondraçekin namizədliyini təsdiq ediblər.
Etiraz tədbirlərinin iştirakçıları komitə sədrinin seçkilərinin yenidən keçirilməsini tələb edən petisiya imzalamaq niyyətindədirlər. İlkin məlumatlara görə, Praqa, Brno, Ostrava, Olomouts, İqlava və digər şəhərlərdə on minlərlə vətəndaş etiraz aksiyalarına qoşulacaq.
Bu ərəfədə istefa etmiş baş nazir Andrey Babiş öz "Facebook” səhifəsində bildirib ki, Ondraçekin vəzifədən azad olunmasını təklif etmək niyyətindədir.
Reytinq: