DataLife Engine > dunya > ABŞ Krım üzərində kəşfiyyat apardı

ABŞ Krım üzərində kəşfiyyat apardı


28-12-2018, 12:06. Разместил: heqiqet ABŞ Krım üzərində kəşfiyyat apardı ABŞ hərbi hava qüvvələrinə məxsus "Boeing RC-135V” strateji hərbi kəşfiyyat təyyarəsi Krım və Rusiyanın Kalininqrad əyaləti üzərindən uçuşlar həyata keçirərək məlumat toplayıb.
Bu barədə "PlaneRadar” monitorinq portalı bildirib. Qeyd olunub ki, Yunanıstandakı aviabazadan havaya qalxan ABŞ təyyarəsi Rusiyanın Qara dəniz sahillərində 2 saatlıq kəşfiyyat uçuşu gerçəkləşdirib.
Ukrayna ilə Rusiya arasındakı Kerç böhranından sonra ABŞ-ın Krım üzərindən həyata keçirdiyi kəşfiyyat uçuşlarının sayı artıb.
Вернуться назад