Demo Sayt » dunya » ABŞ Krım üzərində kəşfiyyat apardı


ABŞ Krım üzərində kəşfiyyat apardı

28-12-2018, 12:06
Çap et
ABŞ Krım üzərində kəşfiyyat apardı ABŞ hərbi hava qüvvələrinə məxsus "Boeing RC-135V” strateji hərbi kəşfiyyat təyyarəsi Krım və Rusiyanın Kalininqrad əyaləti üzərindən uçuşlar həyata keçirərək məlumat toplayıb.
Bu barədə "PlaneRadar” monitorinq portalı bildirib. Qeyd olunub ki, Yunanıstandakı aviabazadan havaya qalxan ABŞ təyyarəsi Rusiyanın Qara dəniz sahillərində 2 saatlıq kəşfiyyat uçuşu gerçəkləşdirib.
Ukrayna ilə Rusiya arasındakı Kerç böhranından sonra ABŞ-ın Krım üzərindən həyata keçirdiyi kəşfiyyat uçuşlarının sayı artıb.
Reytinq: