Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər
19-11-2019, 07:15. Разместил: heqiqet
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib.
Türkiyənin xarici işlər naziri Ankaranın terror təşkilatı YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.
"Əgər nəticə əldə etməsək (YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılması - Red.), yenə lazım olanı edəcəyik”.
M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı vəziyyəti həll etmək üçün bölgəni bütün terror təşkilatlarından təmizləməkdən başqa bir yol görmür.
Вернуться назад