Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər19-11-2019, 07:15
Çap et Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib. Türkiyənin xarici işlər naziri Ankaranın terror təşkilatı YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib. "Əgər nəticə əldə etməsək (YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılması - Red.), yenə lazım olanı edəcəyik”. M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı vəziyyəti həll etmək üçün bölgəni bütün terror təşkilatlarından təmizləməkdən başqa bir yol görmür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
