39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsünün məhkəməsi keçirilib
26-11-2019, 06:00. Разместил: heqiqet
25 yaşlı sürücü məhkəmə iclasına Belmarş həbsxanasından videobağlantı vasitəsilə cəlb edilib. Sürücü qanunsuz immiqrasiyaya kömək göstərdiyini etiraf edib. O, ötən il mayın 1-dən cari il oktyabrın 24-dək olan müddətdə qeyri-qanuni immiqrasiyaya kömək etdiyini və sui-qəsd hazırlamaqda günahkar olduğunu bildirib. Bununla yanaşı, M.Robinzon insan alverində də günahlandırılır.
Növbəti məhkəmə iclası dekabrın 13-də keçiriləcək.
Oktyabrın 23-də Böyük Britaniya polisi yük avtomobilində 39 nəfərin cəsədini aşkarlayıb. Belə ki, avtomobildəki 31 kişi və 8 qadın donaraq ölüb. Cəsədlərin aşkarlandığı soyuducuda temperatur -25 dərəcə olub. Araşdırmalar nəticəsində ölənlərin Vyetnam vətəndaşları olduqları müəyyənləşməyib.
Вернуться назад