39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsünün məhkəməsi keçirilib26-11-2019, 06:00
Çap et 25 yaşlı sürücü məhkəmə iclasına Belmarş həbsxanasından videobağlantı vasitəsilə cəlb edilib. Sürücü qanunsuz immiqrasiyaya kömək göstərdiyini etiraf edib. O, ötən il mayın 1-dən cari il oktyabrın 24-dək olan müddətdə qeyri-qanuni immiqrasiyaya kömək etdiyini və sui-qəsd hazırlamaqda günahkar olduğunu bildirib. Bununla yanaşı, M.Robinzon insan alverində də günahlandırılır. Növbəti məhkəmə iclası dekabrın 13-də keçiriləcək. Oktyabrın 23-də Böyük Britaniya polisi yük avtomobilində 39 nəfərin cəsədini aşkarlayıb. Belə ki, avtomobildəki 31 kişi və 8 qadın donaraq ölüb. Cəsədlərin aşkarlandığı soyuducuda temperatur -25 dərəcə olub. Araşdırmalar nəticəsində ölənlərin Vyetnam vətəndaşları olduqları müəyyənləşməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
